Konçita öldü... - FOTO

  • Bölmə: Maqazin  
  • Tarix: 27 mar 2020 [15:56]

"Avroviziya-2014" bəlkə də ən şok bir hadisə olaraq uzun müddət tamaşaçıların yaddaşında qalacaq.

 

Çünki həmin il beynəlxalq mahnı müsabiqəsinin qalibi - Konçita Vurst adlı qalın saqqallı bir qadın şəklində ictimaiyyət qarşısına çıxan Avstriyadan olan Tom Noyvirt oldu.

 

Bizimxeber.az xəbər verir ki, qısa müddət ərzində dünya şöhrətli olmasına baxmayaraq, müğənni bu imicinin əhəmiyyətli bir rol oynamadığını anlayaraq, qadın obrazını dayandırmağa qərar vermişdi.


Bu yaxınlarda isə sənətçi tamaşaçıların Konçitanı bir daha görməyəcəyini söyləyib.


"Konçita öldü, Konçita getdi" - deyə Tom qeyd edib.


Artıq Tom qadın geyimlərini üslubundan çıxarıb.

 

O kişi obrazına qayıdaraq yeni fotosunu nümayış etdirib.

 

Fanatlarının fikrincə, onun "kişi" imici daha cəsarətlidir və buna görə o daha çox cəlbedici görsənir.


Xatırladaq ki, Tom Noyvirt  QİÇS virusu daşıyıcısıdır.

 


Загрузка...


Oxunub: 16510 dəfə