Ermənilər yenə də təxribat törətdi - DSX məlumat yaydı

  • Bölmə: Hərb  
  • Tarix: 27 mar 2020 [12:31]

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.


Bizimxesr.az Dövlət Sərhəd Xidmətinə istinadən bildirir ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə-lərimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub. 


Загрузка...


Oxunub: 9850 dəfə