Roberto Karlos Neymar barədə - hər şey məndən asılı olsaydı...

  • Bölmə: İdman  
  • Tarix: 27 mar 2020 [12:30]

Bizimesr.az xəbər verir ki, "Real"ın və Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos "Paris Saint-Germain" hücumçusu həmyerlisi Neymarın "Kral klubuna" keçidini təşkil etmək istədiyini etiraf edib.


"Məndən asılı olsaydı, Neymar uzun müddət "Real "da olardı, amma həyat mənim istədiyim kimi deyil. Böyük oyunçular həmişə dünyanın ən yaxşı klublarında oynamalıdırlar. "Real" bu gün istənilən oyunçu üçün bir bələdçidir. Çempionlar Liqasını qazanmaq istəyirsiniz? "Real Madrid"ə gəlin" - deyə Karlos sitat gətirib.


Ötən yay Neymar "Real"a keçmək barədə düşünsə də, sonra razılaşma baş tutmayıb.

 

2017-ci ilin yayında Neymar 222 milyon avro qarşılığında Barselonadan  PSJ-yə keçib.

 

Fransa çempionatının cari mövsümündə hücumçu 15 matç keçirib. Hesabında 13 qol və 6 asist var.


Загрузка...


Oxunub: 13800 dəfə