Ərzaq mağazaları və apteklərdən başqa hamısı bağlanacaq

  • Bölmə: Dünya  
  • Tarix: 26 mar 2020 [15:05]

Rusiya hökuməti qadağaları daha da sərtləşdirmək məcburiyyətində qalıb. Moskva meri Sergey Sobyanin imzaladığı qərar bunu deməyə əsas verir.  Qərara əsasən,  koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Moskvada ərzaq dükanları və apteklərdən başqa, bütün mağazalar müvəqqəti bağlanacaq.

"28 mart - 5 aprel tarixlərində ərzaq və digər əsas ehtiyacları qarşılayan aptek və dükanlar istisna olmaqla, bütün pərakəndə ticarət obyektləri müvəqqəti olaraq bağlanacaq", - deyə qərarda qeyd olunub.


Merin imzaladığı qərara əsasən, paytaxtdakı bütün restoran, kafe və barlar və digər iaşə xidmətləri də bu müddətdə müştərilərə xidmət göstərməyəcək. Lakin qadağa bu obyektlərin müştəri qəbul etmədən çatdırılma xidmətlərinə aid edilmir.


Tibbi və reabilitasiya xidmətləri, yaşlılara və ehtiyacı olan digər insanlara qayğı mərkəzləri, digər sosial xidmətlər, nəqliyyat xidmətləri, bank və sığorta xidmətləri, mənzil və rabitə xidmətləri, cənazə xidmətləri - bunların hamısı fəaliyyətini davam etdirəcək. Həmçinin uzaqdan iş fəaliyyəti tələb edən və ya çatdırılma xidmətlərində heç bir məhdudiyyət yoxdur.


Qərarda paytaxtdakı böyük parkların bağlanması da öz əksini tapıb.  


28 mart - 5 aprel 2020-ci il tarixlərində VDNX sərgi mərkəzi, Qorki parkı, Çaritsino və Kolomenskoye muzeyləri, Zaryadye Parkı, Kuskovo Mülkiyyəti və Sokolniki Parkı kimi ictimai ərazilər ziyarətçilər üçün müvəqqəti olaraq bağlanacaq". 


Загрузка...


Oxunub: 13490 dəfə