Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb

  • Bölmə: Hadisə  
  • Tarix: 26 mar 2020 [10:32]

Azyaşlı uşaq 16 saat ərzində koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb.

 
WGXA telekanalının məlumatına görə, hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.


Məlumata görə, “Piedmont Newnan” xəstəxanasında mama-ginekoloq kimi çalışan 42 yaşlı qadın evində ölü tapılıb. Ölümündən əvvəl onun COVID-19-a yoluxmaya görə, verdiyi testin cavabı pozitiv çıxıb.

 

Baş vermiş hadisə ilə əlaqədar tibb müəssisəsinin bütün işçiləri və pasiyentlər yoluxma riski ilə bağlı xəbərdar ediliblər.
O da vurğulanıb ki, ölən qadın COVID-19 xəstələri ilə təmasda olmayıb.


Qeyd edək ki, mütəxəssislərin fikrincə, tənəffüs aktivliyi olmadığı üçün ölmüş adamdan koronavirus yoluxmur.oxu.az


Загрузка...


Oxunub: 14870 dəfə