ŞOK! İtaliya koronavirusun öhdəsindən gələ bilmir - yoluxanlar çeşidlənir

  • Bölmə: Dünya  
  • Tarix: 26 mar 2020 [12:38]

Bu gün səhərə olan COVID-19 pandemiyasının statistikası belədir - Təxminən yarım milyon yoluxmuş, 21 mindən çox ölüm... 200 ölkədə qeydə alınmış yoluxma və dünya əhalisinin dörddə biri karantində. 


Bizimesr.az xarici KİV-ə istinadən xəbər verir ki, infeksiyanın əsas istiqaməti Avropa Birliyidir. Koronavirus daşıyıcılarının ümumi sayının 70 mindən çox olduğu Apennində ölənlərin sayı Çinin epidemiya zirvəsində olduğundan iki qat daha çoxdur.


İspaniya Səhiyyə Nazirliyinin verdiyi rəqəmlər artıq rəsmi Pekinin statistikası ilə üst-üstə düşür.


İberiya krallığının həkimləri, səhiyyə sisteminin bənzər bir fəlakət üçün qurulmadığını vurğulayıb: "Biz kömək istəyirik, tibb mütəxəssisləri, baxıcılar, təmizləyicilər və tibb bacıları da var. Ancaq yetərli deyil. Dünya birliyindən kömək istəyirik".


İtaliyada təcrid qaydalarının pozulmasına görə minlərlə cərimə tətbiq olunmağa başlayıb, lakin viroloqların bildirdiyinə görə, epidemiyanın pik həddə çatmayıb. 
Artıq xəstələrin axınının öhdəsindən gələ bilməyən izdihamlı İtaliya xəstəxanalarında həkimlər virusa yoluxmuşları təyinatlar üzrə çeşidlənməsinə başlayıblar - sağ qalmaq şansı olanlar və sağ qalmaq şansı olmayanlar.


Roma xəstəxanasının direktoru Antonio Marqueze vurğulayıb ki, yaşamaq şansı yaşdan asılı deyil:"Müraciət edənlərin vəziyyəti yaşdan asılı deyil. Xəstəliyin gedişi həm gənc, həm də yaşlılarda ağır ola bilər, infeksiya son dərəcə aqressivdir və buna baxmayaraq ölümcül ola bilər".


Загрузка...


Oxunub: 11520 dəfə