Qarabağ şəhidinin məzarından oğurluq edən narkoman tutuldu

  • Bölmə: Kriminal  
  • Tarix: 26 mar 2020 [11:38]

Xaçmaz rayonunun Qaraqurtdu kənd qəbiristanlığında bir neçə məzarın bəzək-naxışları oğurlanıb. 


Bizimesr.az qaynarinfo-ya istinadən xəbər verir ki, bəzəkləri və metal barmaqlıqları oğurlanan məzarlardan biri də 1993-cü ildə Murovdağdakı məşhur Ömər aşırımının azad edilməsi zamanı şəhid olmuş, Səlimov Arif Sərkar oğluna aiddir.


Xaçmaz rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, əməli törədən şəxsin kimliyi müəyyənləşdirilib.Polis əməkdaşları Xaçmaz şəhər sakini Qurbanov İmranı saxlayarkən, onun bu əməli narkotik almaq üçün pul əldə etmək məqsədi ilə törətdiyi məlum olub.


Qeyd edək ki, məzarlardan qiymətli metal hissəciklərini satmaq məqsədi ilə oğurlayan Qurbanov İmran saxlanılarkən üzərindən narkotik vasitə olan heroin aşkar edilib.


Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Загрузка...


Oxunub: 17460 dəfə