Hansı qan qrupu koronavirusa daha çox yoluxur? ARAŞDIRMA

  • Bölmə: Dünya  
  • Tarix: 26 mar 2020 [12:00]

Çinli alimlər qan qrupuna ilə koronavirus arasında bir əlaqə tapıblar.

 

Belə ki, II qan qrupu daşıyıcılarının pnevmoniya xəstəliyinə yoluxma həssaslıqları ilə yeni növ koronavirusa tutlma risqi çox olduğu müəyyən olunub. 


Bizimesr.az xəbər verir ki, Çin alimləri apardıqları araşdırmalara görə belə qənaətə gəliblər.


Alimlər koronavirusa yoluxmayan 3694 nəfərdən ibarət nəzarət qrupunun analizlərini araşdırarkən müəyyən ediblər ki, yoluxma risqi - I qan qrupunda 33,84%, II qan qrupunda - 32,16%, III qan qrupunda - 24,90%, IV qan qrupunda isə - 9,10% nisbətində olub.


Daha sonra mütəxəssislər Vuhan Jinyintan Xəstəxanasında yoluxmuş xəstələrdən 1,775 min nəfərin (onlardan 206-sı ölmüb) sınaqlarını təhlil ediblər. II qan qrupu olan xəstələrin daha çox olduğu ortaya çıxıb - 37.75%. I qan qrupunda 25.80%, III qan qrupunda - 26.42%, IV qan qrupunda isə - 10.03% virusa yoluxma olub.


Vuhandakı başqa bir xəstəxanada və Şenzhendəki bir xəstəxanada edilən araşdırmalarda da eyni nəticələr qeydə alınıb.


Beləliklə, II qrup qan qrupu olan insanlar yoluxmuş xəstələr arasında daha çox rast gəlinib və bu da onu deməyə əsas verir ki, xəstəlik bu insanlar üçün daha təhlükəlidir.


Загрузка...


Oxunub: 10560 dəfə