Hollivud ulduzu İdris Elba koronovirusa tutulub

  • Bölmə: Maqazin  
  • Tarix: 18 mar 2020 [17:51]

Dünyanı lərzəyə salan koronavirus siyasətçi, məmur-fəhlə, kasıb-varlı tanımadan hər kəsin kabusuna çevrilməkdə davam edir.


Bizimesr.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirus Hollivud ulduzlarından da yan keçməyib. Belə ki, Oskar mükafatçısı aktyor Tom Henksin ardından aktyor İdris Elba da koronovirusa yoluxanlar sıyahısına düşüb.


“Tor”, “Prometheus”, “Pacific Rim” və “Phantom Racer 2” filmlərindəki rolları ilə tanınan İngilis aktyor, Bazar ertəsi günü Twitter hesabında koronavirusa yoluxduğunu bildirib.


"COVID-19 üçün testdən keçdim və pozitiv oldu. Özümü yaxşı hiss edirəm, əlamətlərim yoxdur, amma təcridəm. Evdə qalın. Təşvişə düşməyin"- deyə aktyor çağırış edib.


Загрузка...


Oxunub: 21280 dəfə