Acun Ilıcalıdan Əmrahın oğlu Tayfuna dəstək: Bəlkə atanla barışmana vəsilə oldum

  • Bölmə: Maqazin  
  • Tarix: 18 mar 2020 [16:28]

Dünən gecə Türkiyənin TV8 kanalından yayımlanan “Survivor” yarışmasında, məğlub komandada yarışmanı tərk etmə həyəcanı yaşanıb. Oyunları uduzan “Könüllülər” qrupu ada məclisinə yollanıb. Tamaşaçılar tərəfindən göndərilən SMS-lərin içində ən az səs toplayan  müğənni Emrahın oğlu Tayfun Erdoğan ada ilə vidalaşıb.


Vida çıxışında Tayfun Erdoğan, “Survivor” həyatı mənə o qədər şeylər öyrətdi ki, burada söyləyə bilməyəcəyim bəzi şeyləri həyatda edəcəm. Çox düşündüm, düşünmək imkanım var idi. Həsrətin nə demək olduğunu bir daha başa düşdüm. Məni dəstəkləyən hər kəsə çox təşəkkür edirəm ”-deyə bildirib.

 

Layihənin rəhbəri və aparıcısı Acun Ilıcalı Tayfun Erdoğana ürək sözlərini deyib: “Səni burada tanıdım, çox sevirdim. Əfəndi, çox gözəl niyyətli, mehriban bir qardaşımızsan. Mən atamı gənc yaşda itirdim. Anamın yanında olmamasını bütün həyatım boyu hiss etdim. Bu mövzuda olan həsrətini bilirəm. Bəlkə atanla barışmağına vəsilə olacağıq. Hal hazırda gördüklərim odur ki, dostumuz çox sevilməyə layiqdir. İnşallah bunun da təsiri olacaq və bəlkə də həsrətində olduğunuz "ata-oğul" münasibətlərini əldə edə bilərsən".

 

Qeyd edək ki, Türkiyənin TV8 kanalından yayımlanan “Survivor” yarışmasında ölkəmizi kikboksinq üzrə dünya və avropa çemrionumuz Pərviz Abdullayev layiqli təmsil edir.


Загрузка...


Oxunub: 19630 dəfə