Real Madrid-in eks-prezidenti koronavirusa yoluxub

  • Bölmə: İdman  
  • Tarix: 18 mar 2020 [15:58]

"Real Madrid" futbol klubunun sabiq prezidenti Lorenzo Sanz koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.


 

Bizimesr.az-ın məlumatına əsasən, bu barədə eks-prezidentinin oğlu Fernando Sanz “Marca” qazetinə verdiyi müsahibədə bildirib.


 

Onun sözlərinə görə, atası Lorenzo Sanzda koronavirus simptomları aşkarlandıqdan sonra dərhal xəstəxanaya yerləşdirilib:"Çox narahatıq və çox şey etmək olmur. O, səkkiz gün idi ki, qızdırmalı idi”.

 

Qeyd edək ki, 76 yaşlı Lorenzo Sanz 1995-2005-ci illərdə “Kral” klubunun prezidenti olub. “Real Madrid"-ə rəhbərlik etdiyi dövrdə (1998 və 2000-ci illərdə) Çempionlar Liqası titulları da daxil olmaqla altı kubok qazanıb.


Загрузка...


Oxunub: 17480 dəfə