İqtisadiyyatın qurtuluşu neçəyə başa gələcək? ABŞ 1trilyon dollar ayırdı

  • Bölmə: Dünya  
  • Tarix: 18 mar 2020 [13:58]

COVID-19 pandemiyası nəticəsində qlobal iqtisadiyyata dəymiş zərər və yaxud onun qurtuluşu üçün veriləcək qərarlar dövlətə neçəyə başa gələcək? Bax hazırda ABŞ hakimiyyəti bu barədə düşünür.

 
Bizimxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökuməti tərəfindən iqtisadiyyatına kömək etmək üçün hazırladığı tədbirlər paketinin dəyəri 1 trilyon dollar təşkil edir. Siyahıya vergilərin azaldılması və ya tamamilə azad edilməsi belə daxildir.


Xəzinədarlıq rəhbərinin imzaladığı çeklərin isə  tezliklə milyonlarla amerikalıların poçt qutularında ola biləcəyi bildirilir.

 

"Amerikalılara çeklərin paylanmasını təşkil etmək niyyətindəyik, bu dərhal ediləcək. Etiraf etməliyik ki, indi şirkətlər bağlanır, kiçik və orta müəssisələr bağlanır, barlar və restoranlar qapıya kilid qoymağa məcbur olurlar. İndi amerikalılara pul lazımdır və prezident ən azı ilk dəfə olaraq onları nağd pulla təmin etmək istəyir"- deyə ABŞ Maliyyə Naziri Stiven Mnuçin bildirib. 


Загрузка...


Oxunub: 16360 dəfə