Avropa Birliyi sərhədləri bağladı - RƏSMİ

  • Bölmə: Dünya  
  • Tarix: 18 mar 2020 [12:06]

Avropa Birliyi yeni növ koronavirusun yayılması ilə mübarizə məqsədilə xarici sərhədlərinin 30 günə bağlanması barədə qərar qəbul edib.

 

Bizimxeber.az "Euronevs"-ə istinadən xəbər verir ki, videokonfrans yolu ilə keçirilmiş AB-nın sammitində xarici sərhədlərin ilkin olaraq 30 günlük bağlanması təsdiq edilib.
Qərara əsasən, Şengen vizalarının verilməsi dayandırılmaqla yanaşı, turist və ya digər məqsədlər üçün AB ərazilərinə daxil olmaq mümkün olmayacaqdır. 


"Dünyada koronavirusun yayılmasının qarşısını almaq üçün, xarici sərhədlərimizi möhkəmləndirmək və təcili səfərlər istisna olmaqla, AB-yə edilən bütün səfərlərdə razılaşdırılmış müddət həddini Avropa Komissiyasının təklifi əsasında 30 gün müddətinə təsdiqləmək qərarına gəldik"-deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib. 


Komissiyasının rəhbəri yük maşınları üçün "yaşıl dəhlizlərin" yaradılması barədə qərar verdiklərini açıqlayıb: "Bu gün əsas məsələlərdən biri, təbii ki, daxili sərhədlər və nəticədə tıxaclardır. Mövcud vəziyyətin qarşısını almaq üçün bu addım mütləq vacibdir. Avropa Birliyi daxilində çox sayda insan sıxışıb, mal daşıyan yük maşınları, nəqliyyat vasitələri sərhəddə sıxışıb qalıb, ancaq mallar sərbəst hərəkət etməlidir. Daxili bazarı idarə etməliyik. "


Загрузка...


Oxunub: 10780 dəfə