Polşa və Litva sərhədində 50 km-lik tıxac

  • Bölmə: Dünya  
  • Tarix: 18 mar 2020 [11:42]

Polşa və Litva sərhədində ağır nəqliyyat vasitələrindən ibarət tıxacın uzunluğu 50 kilometrə çatıb. 

 

Biziməsr.az xəbər verir ki, buna səbəb rəsmi Varşavanın bir neçə gün əvvəl bütün qonşu dövlətlərlə olan buraxılış məntəqələrinin sayını kəskin azaltması və əcnəbilərin ölkəyə girişinə qadağa qoymasıdır.


Polşadan keçən çoxsaylı tranzit reysləri,  Qərbi Avropa ilə Baltikyanı ölkələr, Belarusiya, Ukrayna, Rusiyadan gələn sürücülər sözün əsl mənasında tıxac tələsinə düşüblər.

Yaranmış vəziyyətlə bağlı açıqlama verən Litvanın Baş naziri Saulius Skvernialis bildirib ki, Polşa inadından əl çəkməzsə faciə baş verə bilər : "Polşa tərəfi ötürmə qabiliyyətini artırmasa, bunun sonu faciə ilə başa çatacaq. Əlavə keçid məntəqələri açmaq olduqca mümkündür, lakin Polşa tərəfi ilə danışıqlar çox çətindir".


Baltikyanı ölkələr vətəndaşlarının Almaniya ilə sərhəddə "ilişib" qalması barədə Polşa ilə razılığa gələ biliblər. Estoniyalılar, Litvalılar və Latviyalılar vaxtaşırı Polşa ərazisindən polisin himayəsində olan karvanların tərkibinə sərhəddi keçə bilirlər. Bəzi insanlar isə bərə ilə aparılır.


Lakin vaqonlar və onların sürücüləri hələ də bir neçə yüz avtomobildən ibarət nəhəng xətlərdə aciz vəziyyətdə dayanmağa məcburdurlar.


Загрузка...


Oxunub: 10730 dəfə