Fransada koronavirusa yoluxanların sayı 7,7 mini keçib

  • Bölmə: Dünya  
  • Tarix: 18 mar 2020 [09:57]

Fransada epidemiyanın başlanğıcından bu günədək koronavirusun yeni növünə 7,7 mindən çox yoluxma halı qeydə alınıb, 175 nəfər virusdan ölüb.


“TASS” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında verdiyi açıqlamasında bildirib.


“Hazırkı dəqiqədə təsdiqlənmiş yoluxma hallarının sayı 7730-dur, 175 nəfər ölüb. Hər üç gündən bir yoluxma halları ikiqat artır”, - Salomon belə deyib.


Onun sözlərinə görə, ölənlərin 7%-i 65 yaşdan aşağı olan şəxslərdir. Bu yaş qrupu insanlarda, həmçinin xəstəliyin ağır keçməsi halları müşahidə edilir.


“Ümumilikdə 2579 nəfər xəstəxanalara yerləşdirilib. Bu o deməkdir ki, 5 min insan sağalaraq evə buraxılıb, ya da ev şəraitində karantin keçir”, - deyə baş direktor bildirib. O, həmçinin son iki gündə 602 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyini də əlavə edib. Reanimasiyalarda əvvəlki kimi 699 nəfər saxlanılır. /apa/


Загрузка...


Oxunub: 10010 dəfə