Futbol üzrə Avropa çempionatı təxirə salındı

  • Bölmə: İdman  
  • Tarix: 17 mar 2020 [16:53]

2020-ci il futbol üzrə Avropa çempionatının 2021-ci ilin yayında keçirilməsi haqqında qərar verilib.

 

Bizimesr.az xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyası rəsmi Tvitter hesabında qeyd edib.

 

Belə ki, UEFA-nın videokonfrans şəklində keçirdiyi iclasın əsas mövzusu koronavirus infeksiyası səbəbindən təhlükə altında olan 2020 Avropa Çempionatı ilə bağlı olub.

 

Son nəticədə alınan qərara əsasən, turnirin 2021-ci ilədək (11 iyun - 11 iyul) təxirə salınması qərara alınıb.

 

Qeyd edək ki, futbol üzrə Avropa çempionatının oyunları bu il iyunun 12-dən iyulun 12-ə kimi Azərbaycan da daxil olmaqla, Danimarka, İngiltərə, Almaniya, Macarıstan, İtaliya, Niderland, İrlandiya, Rusiya, Rumıniya, Şotlandiya və İspaniyada keçiriləcəkdi.


Загрузка...


Oxunub: 9820 dəfə