Koronavirus təhlükəsi artır - Metro ilə bağlı qərar nə olacaq?

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 17 mar 2020 [11:44]

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan etdikədən sonra Azərbaycan hökuməti bu təhlükə ilə əlaqədar qabaqlayıcı tədbirləri artırıb. Bizimxeber.az xatırladır ki, Nazirlər Kabineti dərslərin təxirə salınması ilə bağlı qərardan sonra, toy və yas mərasimlərini də yasaqlayıb.  Bundan başqa, iaşə obyektlərinin fəaliyyəti də məhdudlaşdırlıb.


Bu tədbirlər koronavirus təhlükəsi ilə bağlı önləyici tədbirlər olsa da, cəmiyyətdə müəyyən narazılığa səbəb olub. İnsanlar xüsusilə, iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasına diqqət çəkir və bununla bağlı qərarın məntiqə uyğun olmadığını bildirirlər. 


Məlumat üçün deyək ki, Nazirlər Kabinetinin qərarı ilə iaşə obyektləri saat 21.00-a qədər fəaliyyət göstərə bilər. Qərara tabe olmayanlar isə cəzalandırılacaq. Sosial şəbəkədə “Məgər insanlar koronavirusa saat 21.00-a qədər yoluxur?” sualı trednə çevrilib. Eyni zamanda iaşə obyektləri ilə bağlı qərardan çıxış edərək ictimai niyə nəqliyyatla, xüsusilə, metro ilə bağlı məhdudlaşdırıcı tədbirlərin görülmədiyini sual edənlər var. 


Mütəxəssislər isə hesab edir ki, məhdudlaşdırıcı tədbirlər yoluxmanın kütləvi hal almaması üçündür. Azərbaycanda hələ ki, koronavirusa kütləvi yoluxma yoxdur. Hökumət də bütün gücünü status-kvonun qorunmasına səfərbər edib. İctimai nəqliyyata gəlincə, artıq Bakıya giriş-çıxışın məhdudlaşdırılması gündəmə gəlib. Belə bir qərara olacaqsa, o zaman ictimai nəqliyyatda seyrəklik yaranacaq.


Загрузка...


Oxunub: 12960 dəfə