Cinsini dəyişən heyvanlar - FOTO

  • Bölmə: Maraqlı  
  • Tarix: 16 mar 2020 [20:10]

Tibbdə Hermafrodit – insan bədənində eyni zamanda həm dişi və həm də erkək çoxalma orqanın mövcudluğu deməkdir.

Qədim yunan mifalogiyasına görə, Afrodita ilə Hermesin bir oğulları olur. Adını Hermafrodit qoyurlar. Hermafrodit o qədər gözəl olur ki, bir su pərisinin diqqətini cəlb edir. Pəri qız, müntəzəm olaraq ona yaxınlaşmaq üçün çalışır, amma Hermafroditin nazı ilə qarşılaşır. Heç cür yaxınlaşa bilməyən pəri qız, Hermafrodit göldə üzərkən qəfildən onun qarşısına çıxır və ona sıx bir şəkildə sarılır. Tanrılara onları bir-birlərindən ayırmamaları üçün yalvarır. Sonunda istəyi qəbul olunur və ikisi də eyni vücudda can tapırlar. Beləliklə də, meydana cüt cinsiyyətli bir insan çıxır.

 

Lakin təbiətdə bu hal təkcə insanlar arasında deyil, heyvanlar arasında da müşahidə olunur.  

Bu heyvanlar kritik vəziyyətlərdə cinsiyyətlərini dəyişdirməyə qadirdirlər. Bizim Əsr hemafrodit heyvanları sizə təqdim edir:

 

Təlxək balığı

Balaca Nemonun həyatı əslində o qədər də sadə deyil. Təlxək balığı, şiddətli bir iyerarxiyanın hökm sürdüyü kiçik qruplarda yaşayır. Sürüyə dominant bir cütlük rəhbərlik edir, ailənin qalan üzvləri liderlərindən qat-qat aşağı olan erkəklərdir. Liderin ölümü vəziyyətində onun yerini ən layiqli varis alır. Dişi ölsə, dul həyat yoldaşı onun rolunu oynamağa başlayır. Tərəfdaşlarını isə gənc erkəklərin ən böyüyü seçir.

 

Kətan balığı

Ahtapotlar kimi, kətan balıqları da bədənlərinin rəngini dəyişə bilər. Bu qabiliyyət erkəklərdən olan balıqlar tərəfindən yalnız yaşamaq üçün deyil, dişilər üçün görüş zamanı da istifadə olunur. Cüttləşmə mövsümündə bu hiyləgər ustalıqla dişi olaraq maskalanır, bədənlərini qismən uyğun rəngə boyayır. Həqiqi niyyət yaxınlıqdakı dişilər üçündür. Bütün potensial rəqiblərə "saxta" tərəfini fəal şəkildə nümayiş etdirirlər. Belə bir hiylə, hər bir erkəyin cütləşmə şansını əhəmiyyətli dərəcədə artırır.


Загрузка...


Oxunub: 25270 dəfə