Kəmaləddin Heydərovun atasının səhhətində problem yarandı

  • Bölmə: Siyasət  
  • Tarix: 10 mar 2020 [13:50]

Prezident İlham Əliyevin iştirak etdiyi yeni çağırış Milli Məclisin ilk iclasını deputat Ziyad Səmədzadə aparır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yeni çağırış parlamentin ilk iclasını ən qocaman deputat açır.

Qeyd edək ki, parlamentin ən qocaman deputatı Fəttah Heydərovdur. Onun 82 yaşı var. Ziyad Səmədzadənin isə 80 yaşı var.

Məlumata görə, F.Heydərov səhhətində yaranan problem səbəbindən Milli Məclisin iclasına qatılmayıb. Buna görə də, iclasa sədrlik etmək Z.Səmədzadəyə həvalə olunub.(Oxu.az)


Загрузка...


Oxunub: 11390 dəfə