Prezident Canəli Əkbərovu təltif etdi

Bizim Əsr xəbər verir ki, Prezident İlham Əliyev Muğam ustası, xalq artisti Canəli Əkbərovu 80 illik yubileyi ərəfəsində təltif edib. 

Prezidentin imzaladığı sərəncama əsasən, Xalq artisti  Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. 2002-ci ildə Şöhrət ordeni ilə təltif olunub. Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənib. Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirib. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solistidi, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrı-nın solistidir.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.

Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə edib. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.

BMM-ni və ADÜ-ni bitirib. Azərbaycan Respublikasının əməkdar artisti (1989) və xalq artisti (1992) fəxri adları var. 1976-cı ildən teatrın solistidir.

Əsas rolları:Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Camal ("Gəlin qayasi"), Şah İsmayıl ("Şah İsmayıl), Azançı ("Sevil"), Axund ("Aldanmış ulduzlar", Məmməd Quliyev).

 

Картинки по запросу "canəli əkpərov"


Загрузка...


Oxunub: 17390 dəfə