Rəşad İlyasov Xalq artisti olan xalasını təbrik etdi

Peşəkar qanun ifaçısı, istedadlı müğənni Respublikanın əməkdar artist Rəşad İlyasov xalası Xalq artisti Şəfiqə Eyvazovanı sosial şəbəkədəki hesabından təbrik edib.

Bizim Əsr xəbər verir ki, əməkdar artist Şəfiqə Eyvazova ilə birgə fotosunu paylaşaraq "8 mart Azərbaycan Respublikasının xalq artisti, Milli konservatoriyanın professoru, kaman ustası, xalam Şəfiqə Eyvazovanın ad günüdür. Yeni yaşın mübarək, Şəfiqə xanım" şərhini yazıb.

Qeyd edək ki, Əməkdar artistin anası mərhum Zərifə xanım Azərbaycan Radiosunun ilk diktorlarından olub. Dayıları Firuz məhşur qarmon ustası, Yasəf məhşur ud ifaçısıdır. Qardaşı Rüstəm isə peşəkar gitara ifaçısıdır. Ümumiyyətlə Rəşad İlyasovun nəsil şəcərəsi mədəniyyət və elm adamları ilə zəngindir.

Xatırladaq ki, Azərbaycan ilk qadın kamança ifaçısı ,  Respublikasının xalq artisti Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963-76-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın solisti olmuşdur.1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-da keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir.
1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur.


Загрузка...


Oxunub: 18200 dəfə