Bu açılıb-bağlanan evi özünüzlə daşıya bilərsiniz - VİDEO

  • Bölmə: Maraqlı  
  • Tarix: 9 mar 2020 [11:12]

Bir çoxları səyahəti sevir. Bəziləri bu məqsədlə hətta evlərini satıb mobil ev alırlar.

Bizim Əsr big.az-a istinadən təqdim etdiyi, cəmi 10 dəqiqəyə açılıb-bağlanan bu ev isə britaniyalı mühəndislər tərəfindən hazırlanıb.
Yığılmış vəziyyətdə yük konteynerinə yerləşə bilən konstruksiya cəmi bir düyməni basmaqla böyük evə çevrilir.

Burada həm mətbəx, həm hamam otağı, həm yatmağa yer var. Belə ev üçün vergi ödəmək də lazım deyil. Günəş batareyaları onu daha sərfəli edir.
Buranı ofis, mağaza, yaxud kempinq kimi istifadə etmək mümkündür.

Mühəndislərin sözlərinə əsasən, konstruksiya daşınmaq üçün yetərincə yüngül olduğundan, onu səyahətlərə də aparmaq olar.


Загрузка...




Oxunub: 18820 dəfə