Məmmədsadıq Nuriyev - 101

Xalqın sevimlisi, kino və teatr sahəsində mədəniyyətimizin layiqli təmsilçisi Böyük aktyor Məmmədsadıq Nuriyevin bu gün 101 yaşı tamam olur.

Teatr və kino aktyoru, kiçik rolların məharətli ifaçısı  Nuriyev Məmmədsadıq Qafar oğlu 5 mart 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbində qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini görkəmli aktrisa Fatma Qədri deyib.

1937-ci ildə Məktəbi bitirib.Məmmədsadıq Nuriyev Teatr Məktəbində oxuyarkan birinci kursun əvvələrində Milli Dram Teatrının tamaşalarında çıxış edib. O, burda kütləvi səhnə epizodlarında,söz-süz rollarda əsərlərin tamaşasında iştirak edib. 1938-ci il aprel ayının 28-də rejissor Ağəli Dadaşovun hazırladığı gürcü ədibi Georgi Mdivaninin "Vətən namusu" dram tamaşasında Uşaq rolunu oynayıb. Teatr məktəbini 1937-ci ildə bitirib. Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsinin göndərişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib. M.Nuriyev səkkiz ilə yaxın bu teatrda aktyor işləyib. 1975-ci ildə Bakıda vəfat edib.

Xalq Artisti, aktyor Yaşar Nurinin atasıdır.


Загрузка...


Oxunub: 12670 dəfə