Ronaldinyonun həbsinə qərar verilib

  • Bölmə: İdman  
  • Tarix: 5 mar 2020 [10:59]

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.

Bizim Əsr apasport.az saytına istinadən xəbər verir ki, karyerasının parlaq dövrü İspaniya “Barselona”sında keçirən hücumçu Paraqvayda azadlıqdan məhrum edilə bilər.
Cənubi Amerika ölkəsində Ronaldinyonun həbsinə qərar imzalanıb. O, ölkəyə saxta sənədlərlə daxil olmaqda şübhəli bilinir.

Polis onun qardaşı ilə birlikdə qaldığı otelin otağında axtarış aparıb. Hazırda onların hər ikisi hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Ronaldinyo Paraqvaya uşaqlar üçün pulsuz səhiyyə proqramını təqdim etmək üçün gəlib.edib. 


Загрузка...


Oxunub: 7460 dəfə