Ağaxan Salmanlının həyat yoldaşı: "Sevincdən ürəyi partladı"

ARB TV-nin “Elgizlə İzlə” verilişində mərhum xalq artisti Ağaxan Salmanlı haqqında süjet yayımlanıb.

Nəvəsinin toyunun səhəri günü qəfil dünyasını dəyişən xalq artistinin ailə üzvləri mərhumun ölümündən şok yaşadıqlarını dilə gətiriblər:

“Həyat yoldaşım yaxşı ata, yaxşı baba idi. Belə adamı itirmək çox çətindir. Heç bir şikayəti yox idi. 15 gün öncə yüngül infarkt keçirmişdi. Sevinirdi ki, nəvəmi sağ-salamat yola saldım. İlk nəvəsinin toyu idi. Elə bil sevincdən ürəyi partladı. Toyun səhəri günü gülə-gülə evdən çıxdı. Avtobusda keçinib. Hələ də şokdayıq. İnanmağımız gəlmir”. big.az


Загрузка...


Oxunub: 8270 dəfə