İlham Əliyev Goranboyda avtomobil yolunun açılışında iştirak edib

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonuna səfər edib. Ölkə başçısı səfər çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.


Загрузка...


Oxunub: 12530 dəfə