Tütün məmulatları satan şəxslər cəzalanıb

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 29 fev 2020 [16:44]

"2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub". 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.


Загрузка...


Oxunub: 7090 dəfə