Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycan teatrına ağır itki üz verib.

Xəbər verdiyimiz kimi, Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı dünyasını dəyişib.

Belə ki, Xalq artistinin oğlu Mətin atasının ürək tutmasından vəfat etdiyini deyib:

“Atam gecə qızımın toyunda dedi, güldü, oynadı. Səhər danışdıq, dedi sizə gəlirəm, oradan da teatra gedəcəm.Sürücü zəng elədi ki, kişi özündən getdi. 10 gün əvvəl iflic olmuşdu, amma sağaldı. Yaxşı idi, ölümünü gözləmirdik. Gecə ürəyinə damıbmış ölümü, vəsiyyət etdi ki, nəticəm olsa, adını özün qoy”.

Qeyd edək ki, aktyor dünən gecə nəvəsinin toyundan foto paylaşaraq, hər kəsə təşəkkür edib. Teleqraf

 


Загрузка...


Oxunub: 11380 dəfə