AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” (VİDEO)

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 28 fev 2020 [16:33]

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 1988-ci ildə baş verən Sumqayıt hadisələri ilə bağlı yeni sənədli film hazırlayıb.

Bizim Əsr xəbər verir ki, AzTV-nin Sosial media və icyimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Kod adı: NALYOTÇİK” adlı sənədli filmin hazırlanmasında nadir videoarxiv materiallardan istifadə edilib, dövrün məsul şəxslərindən müsahibələr yer alıb, məxfi sənədlər araşdırılıb. Filmdə talançı qrupun rəhbəri Eduard Qriqoryanın istintaq zamanı dindirilməsini, onun günahını sübut edən nadir ifadələrlə tanış ola biləcəksiniz. Film bu gün, fevralın 28-də saat 21:30-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, 1988-ci il 27-29 fevral tarixində Sumqayıtda həyata keçirilən qanlı ssenari nəticəsində 6-sı azərbaycanlı, 26-sı isə erməni olmaqla, ümumilikdə 32 Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə mənzil talan olunub, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb. 


Загрузка...


Oxunub: 10470 dəfə