Çin səfərindən qayıdan Monqolustan Prezidenti karantinə alınıb

  • Bölmə: Dünya  
  • Tarix: 28 fev 2020 [12:06]

Monqolustan Prezidenti Xaltmaaqiin Battulqa bir günlük Çin səfərindən qayıtdıqdan sonra ölkəsində karantinə alınıb.

 “AKİ PRESS”in verdiyi xəbərə görə, Xaltmaaqiin Battulqa dövlət başçısı kimi Çinə ilk səfəri zamanı Çin sədri Si Çinpin ilə görüşüb və koronavirusa qarşı mübarizəyə dair fikir mübadiləsi aparıblar.

Xaltmaaqiin Battulqa Monqolustan xalqı adından Çinə 30 min qoyun bağışlayıb. 
Qeyd edək ki, daha əvvəl Monqolustan Prezidentinin Çin səfərindən sonra karantinə alınacağına dair məlumat verilib.  APA


Загрузка...


Oxunub: 5530 dəfə