Azərbaycan XİN Türkiyəyə başsağlığı verib Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

  • Bölmə: Siyasət  
  • Tarix: 28 fev 2020 [10:52]

Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“İdlibdə türk əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə”, - deyə qeyd olunub.
Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.


Загрузка...


Oxunub: 4960 dəfə