Dünya çempionatında koronovirus təhlükəsi yoxdur - AÇIQLAMA

  • Bölmə: İdman  
  • Tarix: 26 fev 2020 [16:35]

Kanadanın Monreal şəhərində keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Məlumata görə, martın 16-22-də təşkil olunacaq yarışda Azərbaycan yığması iki idmançı ilə təmsil olunacaq.
Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında qüvvəsini sınayacaq. Hər iki idmançı martın 2-8-də keçiriləcək gənclərin dünya çempionatında çıxış etdikdən sonra böyüklərin yarışında mübarizə aparacaq.

Beynəlxalq Konkisürmə İttifaqı (İSU) Monrealdakı mundialın koronavirus səbəbindən baş tutmaması ehtimalına da aydınlıq gətirib. Qurumun vitse-prezidenti Aleksandr Lakernik bildirib ki, hazırda turnirin keçirilməsi üçün təhlükə yoxdur: “Koronavirusla bağlı vəziyyət dünya çempionatının Monrealda keçirilməsi üçün hələlik təhlükə kəsb etmir”.


Загрузка...


Oxunub: 12760 dəfə