Azərbaycan Prezidenti Xocalı abidəsini ziyarət edib

  • Bölmə: Siyasət  
  • Tarix: 26 fev 2020 [10:08]

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib. 

Abidənin yanında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib. Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoyublar.


Загрузка...


Oxunub: 7690 dəfə