Şimal bölgəsinə 30 sm-dək qar yağıb

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 26 fev 2020 [09:56]

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Məlumata görə, fevralın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir. 

Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar qeydə alınıb.
Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndlərində olub. Bu ərazilərdə temperatur mənfi 15 dərəcəyədək düşüb.


Загрузка...


Oxunub: 7850 dəfə