İsgəndər Həmidov vəfat etdi

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 26 fev 2020 [09:19]

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.

Bizim Əsr Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə səhiyyə eksperti, professor Adil Qeybulla bildirib. 
O, İ.Həmidovun bu gün dünyasını dəyişdiyini xəbər verib. 

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər nazirivəzifəsində çalışıb. İ.Həmidov bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.


Загрузка...


Oxunub: 6740 dəfə