AFFA Mahir Emrelinin cəzasını açıqlayıb

  • Bölmə: İdman  
  • Tarix: 25 fev 2020 [15:30]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Məlumata görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub, müvafiq qərarlar verilib.
Ötən turda qırmızı vərəqə alan futbolçular fərqli cəzalara layiq görülüb. “Sumqayıt”la görüşün uzatma dəqiqələrində ikinci sarı vərəqə alaraq “Qarabağ”ı azlıqda qoyan Mahir Emreli 1 oyunluq cəza alıb. O, klubunu 200 manat ziyana salıb. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” daha 400 manat cərimələnib.

“Sabah”ın futbolçusu Yevgeni Koçukun cəzası daha ağır olub. “Səbail”lə matçda birbaşa qırmızı vərəqə alan moldovalı 2 oyunluq kənarlaşdırılıb. Onun komandası isə 1600 manat cərimə ödəyəcək. Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə meydan sahibləri 400 manat cərimə ödəyəcək. Apasport


Загрузка...


Oxunub: 12090 dəfə