Tehran-İstanbul təyyarəsi koronavirus təhlükəsi ilə əlaqədar Ankaraya eniş edib

  • Bölmə: Dünya  
  • Tarix: 25 fev 2020 [15:21]

Tehran-İstanbul təyyarəsi yeni koronavirus şübhəsiylə bağlı Ankaradakı Esenboğa Hava limanına eniş edib.

“Hürriyyət” xəbər verir ki, İrandan gələn 17 nəfərin tempertauru normadan yüksək olub və onlar şübhəli olaraq müəyyənləşdirilib. Koronavirus şübhəsi olan şəxslər Ankarada Zekai Tahir Burak Xəstəxanasında karantinə alınacaqlar.  
Məlumata əsasən, onlardan bəzilərinin İranın Qum şəhərindən gəldikləri bildirilir.
Qeyd edək ki, təyyarədə 132 nəfər olub.


Загрузка...


Oxunub: 6810 dəfə