Şantajla pul tələb edən jurnalist həbs olundu

  • Bölmə: Kriminal  
  • Tarix: 25 fev 2020 [10:59]

Hacıqabulda hədə-qorxu ilə pul tələb etdiyi üçün saxlanılan jurnalist məhkəmə qarşısına çıxarılıb.

Məlumata görə, Hacıqabul rayon Məhkəməsi ayrı-ayrı vətəndaşların şikayəti əsasında tutulan “dogruxeber.com” saytının əməkdaşı İlham Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Qeyd edək ki, Hacıqabul polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan hədə qorxu ilə pul tələb edən Şirvan sakini, 1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, “dogruxeber.com” saytının əməkdaşı İ.Həsənov vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb edib.APA


Загрузка...


Oxunub: 16870 dəfə