20 Yanvar faciəsinin əsas günahkarlarından sayılan marşal Yazov vəfat edib

  • Bölmə: Dünya  
  • Tarix: 25 fev 2020 [10:38]

SSRİ-nin sonuncu marşalı, Müdafiə naziri Dmitri Yazov 95 yaşında vəfat edib.

Bu barədə TASS Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, D. Yazov fevralın 25-i Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, D. Yazov 1990-ci il yanvarın 20-də Bakıda törədilən qırğının əsas günahkarlarından hesab olunur. O, həmin vaxt SSRİ-nin Müdafiə naziri olub. apa


Загрузка...


Oxunub: 7460 dəfə