Zərdabda sakinlər etiraz aksiyası keçirib

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 20 fev 2020 [20:42]

DİN Zərdabda keçirilmiş aksiya ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan apa-ya verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib.

Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb.

***

Saat 18:35

Zərdabda bir qrup sakin örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz edib.

Məlumata görə, rayonun Çallı kənd sakinləri etiraz olaraq bu gün yolu bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb, onların şikayətini dinləyib.
M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.


Загрузка...


Oxunub: 8040 dəfə