Rusiya azərbaycanlı terrorçu qadını İnterpol xətti ilə axtarır

  • Bölmə: Kriminal  
  • Tarix: 20 fev 2020 [13:23]

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 1996-cı ildə Qusar rayonunda anadan olmuş Diana Babayeva terror təşkilatına və qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.
D.Babayevanın barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.


Загрузка...


Oxunub: 8740 dəfə