Vəzifəyə təyin edilən bəstəkar BDU-nun rektoruna təşəkkür etdi

  • Bölmə: Maqazin
  • Tarix: 19 fev 2020 [17:26]

"Mədəniyyət-yaradıcılıq Mərkəzi bütün universitetlərə nümunədir”. Bunu açıqlamasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Nailə Mirməmmədli Bakı Dövlət Universitetində yenicə təyin olunduğu vəzifəsindən danışarkən deyib.

Nailə Mirməmmədli onu bu vəzifəyə təyin edən Bakı Dövlət Universitetinin rektoru Eçin Babayevə təşəkkür edib: "Universitetin 100 illik yubileyinə hazırlıq ərəfəsində Elçin Babayevlə görüşdüm. Görüşdə onun çox gözəl insan olduğunun şahidi oldum.
Yaradıcı münasibət qurduq. Orada qərara alındı ki, Baba Vəziroğlunun sözlərinə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə himn yazılsın. Biz onu hazırladıq. Bu gün isə eşitdim ki, Elçin müəllim Universitetdə Mədəniyyət-yaradıcılıq Mərkəzi açıb və məni ora rəhbər təyin edib. İlk dəfədir ki, təhsil müəssisəsində belə bir mərkəz yaradılıb. Çox təşəkkür edirəm”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

Загрузка...


Oxunub: 22970 dəfə