BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.


Bakı Şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.

Bu zaman  ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

 

Lakin sosial şəbəkələrdə və eləcə də youtube portalında canlı yayımlardan bəlli olub ki, bir çox dairələr üzrə baş vermiş seçki saxtakarlığına etiraz edən namizədlər, onların komandaları və eləcə də xalq kütləsi əsasən mülkü geyimli şəxslər və polis tərəfindən MSK-nın qarşısından uzaqlaşdırılıb.


Загрузка...


Oxunub: 5900 dəfə