Ağstafada avtomobil aşıb, 1 ölü, 3 yaralı var

  • Bölmə: Hadisə  
  • Tarix: 15 fev 2020 [06:45]

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtoqəza rayonun Kor Xəlifəli kəndində qeydə alınıb.


Məlumata görə, "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən biri - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və 2013-cü il təvəllüdlü İsmayılov Turxan Fərrux oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır. APA


Загрузка...


Oxunub: 4040 dəfə