Azər Həsrət: Küçəyə çıxıb mitinq eləməyin mənası yoxdur

  • Bölmə: Müsahibə  
  • Tarix: 14 fev 2020 [22:59]

"Birincisi, mən Mərkəzi Seçki Komissiyasının addımını təqdir edirəm və düşünürəm ki, məhz seçki narazılıqları bu yolla aradan qaldırılmalıdır". Bunu açıqlamasında politoloq Azər Həsrət deyib.


Politoloqun sözlərinə görə, doğrudan da narazılıqlar var, pozuntular var və təbii ki, bu pozuntuları gizlətmək mümkün deyil və Mərkəzi Seçki Kamissiyası da çox doğru addım atdı ki, xüsusən də sosial media üzərindən yayılan görüntüləri araşdırır və artıq dörd dairənin nəticələri də ləğv edilib. Hətta bundan başqa ondan artıq dairənin də nəticələri ilə bağlı araşdırılmalar aparılması üçün dairə seçki kamissiyalarına göstəriş verilib.


“Təbii ki, yaxın günlərdə araşdırmalar öz nəticəsini verəcək. Əlbəttə, belə bir şəraitdə mən düşünürəm ki, bütün iddiaçılar, siyasi qüvvələr Mərkəzi Seçki Kamissiyası ilə iş birliyi etməlidirlər. Yəni onun obyektiv araşdırma aparıb, obyektiv nəticələri qiymətləndirə bilməsi üçün yardımçı olmalıdırlar. Əlbəttə ki, mitinq eləmək də bir hüquqdur, yəni hər kəs bundan istifadə edə bilər, amma mən düşünürəm ki, indiki şəraitdə mitinqdənsə, konkret dairələr üzrə pozuntular haqqında əsaslandırılmış bilgiləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək daha faydalı olardı. Yəni, biz ölkədə hansısa formada qarışıqlıq kimi halların baş verməsini istəmirik. Biz istəyirik ki, doğrudan da pozuntu halları olubsa, o hallar haqqında obyektiv araşdırma aparılsın. İndi də Mərkəzi Seçki Kamissiyası o halları araşdırmağa başlayıb. Mənə elə gəlir ki, burada məntiqli olardı ki, bizim hər birimiz o araşdırmaların obyektiv şəkildə aparılmasına tövhə verək.


Əslinə qalanda, o mitinq etmək istəyənlərin əksəriyyəti heç bu seçki prosesində fəal iştirak etməyib. Yəni, biz o adamların bir xeylisini müşahidə eləmişik. Onlar seçki prosesindən kənar qalıblar, bəziləri guya baykot eliyiblər, seçkiyə guya kölgə salmağa çalışıblar. Yəni, indi bu adamlar nəyin mitinqini eləyirlər? Gələydilər seçkilərdə aktiv iştirak edəydilər, bu başqa məsələ. Yəni, orda üçüncü tərəfin fəallığı daha çox özünü göstərir. Adamlar bir növ suyu bulandırıb balıq tutmaq istəyirlər. Mən də düşünürəm ki, bizim kimi insanlar o şəraitin yaradılmasına imkan verməməlidirlər. Şəxsən mənim özümün də narazılıqlarım var seçki ilə bağlı. Amma mən küçəyə də çıxmıram, mitinq çağırışı da eləmirəm, Mərkəzi Seçki Kamissiyasına, Cənab Prezidentə müraciət eliyirəm. Yəni, bu ölkədə bu imkan varkən küçəyə çıxıb mitinq eləməyin mənası yoxdur“, deyə politoloq bildirib. SİA


Загрузка...


Oxunub: 61710 dəfə