Həbsdə olan icra başçılarından xəbər var

  • Bölmə: Kriminal  
  • Tarix: 13 fev 2020 [00:46]

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçirib.


E.Şirinov  açıqlamasında bildirib ki, monitorinqi keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olmaq olub: "Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Ramiz Tatarov, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, jurnalist Polad Aslanov və Fəxrəddin Abbasovla görüşlər keçirdik. Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etmədilər. Bütün kameralar televizorlarla və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə 2 dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər".APA


Загрузка...


Oxunub: 27900 dəfə