“Çalışın seçiminizdə yanılmayın, gələcəyinizi doğru insanlara həvalə edin” – Kamil Dadaşov

  • Bölmə: Müsahibə  
  • Tarix: 4 fev 2020 [19:39]

54 saylı Şabran-Siyəzən seçki dairəsindən millət vəkilliyinə gənc namizəd Dadaşov Kamil Yusif oğlunun seçicilərinə ünvanlanmış hesabat müsahibəni təqdim edirik:

-Kamil müəllim, necə oldu Parlament seçkilərinə qatılmaq barədə qərar verdiniz? Niyə məhz bu dairədən namizədliyinizi irəli sürdünüz?


-Ölkəmizdə demək olar ki, bütün sahələrdə ciddi islahatlar gedir. Bu islahatlarda əsas məqsəd yeni idarəetmə üsuluna keçmək, gənc kadrlara geniş meydan vermək, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində daha ciddi tədbirlər görməkdir. Eyni zamanda cənab Prezident tərəfindən Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi ilə bağlı qərarın verilməsi də məhz son vaxtlar həyata keçirilən islahatlara dəstək məqsədi daşıya bilər. Düşünürəm ki, islahatların daha uğurlu, tarazlı və çevik həyata keçməsi üçün bu, zəruri idi.

 

Bilirsiniz ki, cənab prezident ölkədə aparılan kadr və sturuktur islahatlarının daha da müsbət nəticə verməsi məqsədilə gəncləri növbədənkənar parlament seçkilərində fəal olmağa çağırdı. Mən də bu çağırışa qoşuldum, ölkə başçımızın arxasınca getməyi özümə borc bildim, xalqın sadə nümayəndəsi kimi vətəndaşların səsini daha yaxşı duyura bilmək üçün namizədliyimi irəli sürmək qərarına gəldim. Hesab edirəm ki, azad və şəffaf cəmiyyətin qurulması üçün hər birimizin şəxsi təşəbbüsü olmalıdır.

 

O ki, qaldı niyə məhz 54 saylı Şabran-Siyəzən dairəsindən namizədliyimi irəli sürməyimə, məlumat üçün deyim ki, mən Siyəzəndə doğulub, böyümüşəm. Bütün nəslim, köküm bu rayona bağlıdır. İnsanları narahat edən problemlərin nə olduğu, çatışan və çatışmayanların nədən ibarət olmasını  yaxşı bilirəm. Təbii ki, Siyəzən və Şabran rayonlarının mövcud problemlərinin həllində mənim dəstəyimə də bir sakin kimi ehtiyyac var. Məqsədim deputat mandatı uğrunda mübarizə aparmaq deyil. Mən sadəcə ölkə Prezidentinin siyasətinin yerlərdə tam şəkildə həyata keçirilməsini təmin etmək, ölkəmizin, hər iki rayonun inkişafı üçün bu marafona qoşulmuşam. Düşünürəm ki, insanların dərdini dinləyəcək, həllinə çalışacaq, bərabər addımlayacaq və onların içindən çıxmış birinə ehtiyacları var.

 

– Seçiciləri seckilərdə səs verməyə çağırmaq çətin olmur ki? Seçicilərin deputatlara inam necədir?

 

– Artıq qeyd etdiyim kimi mən özüm Siyəzən rayonunda doğulub-böyümüşən, Şabran rayonunda kifayət qədər qohum və dostlarım var. Bu rayonlar mənə doğmadı və insanlarının həyat tərzi, məşğuliyyətləri, qayğıları mənə tanışdı. Mən həmin seçicilərin problemlərini kənardan izləmirəm, mən həmin problemləri onlarla birlikdə yaşayıram, həmin problemlərlə hər gün rastlaşıram.

Lakin təbliğat-təşviqat kampaniyası başlayandan, hətta imzatoplama kampaniyasından bu günə qədər insanlarla ev-ev, kəndbəkənd görüşürəm. Onları dinləyirəm, məsləhətlərini alıram, problemlərilə tanış olur, eyni zamanda özümü onlara daha yaxından tantmağa çalışıram. Gənc və enerjiliyəm. Rahatlıqla deyə bilərəm ki, həyatdımdakı hər nailiyyəti öz əməyim və savadım sayəsində qazanmışam.

Bilirsiniz, vəd verməkdən çox işləməyə üstünlük verirəm və mənim əmək fəaliyyətim buna bir sübutdur. Yerlilərimin mənə olan münasibətini və dəstəyini görürəm. Lakin mənə səs verin deyib məcbur da edə bilmərəm. Çünki keçmişdə seçicilərə yalan vədlər verib, amma buna əməl etməyən millət vəkilləri də olub. Belələrinə artıq insanlarda inam qalmayıb. İlk olaraq seçicilərin etimadını, namizədlərə olan inamını qaytarmaq lazımdır. Daima onların problemlərilə maraqlanmaq və lazımı səviyyədə tədbir görmək gərəkdir.

 

– Ümumiyyətlə, görüşdüyünüz insanların hansı problemləri var?

 

– Sosial mənşəyindən aslı olmayaraq, hər bir vətəndaşın gündəlik qayğıları və onu düşündürən məsələlər var: dilindən və dinindən asılı olmayaraq, şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, sosial yönümlü iqtisadiyyatımızın inkişafı, ictimai həmrəylik və firəvan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması.

Onları narahat edən məsələlər müxtəlif sahələri əhatə edir. Bu prolemlərdən övladlarımızın inkişafı üçün qoya biləcəyimiz xüsusi kurs və ya təlim yerlərinin olmaması, idmanla məşğul olan gənclər üçün bütün lazımı addımların atılması kimi məsələləri qeyd etmək olar. Kənd və qəsəbə daxili yolların vəziyyəti ürəkaçan deyil, suyun verilməsindən əziyyət çəkən məhəllələr var.

Təəssüf ki, hələ də qəzalı vəziyyətdə olan məktəblər, qazlaşma ilə bağlı problemlər mövcuddur. İş yerlərinin azlığı bağlı çətinliklər… Mənim də məqsədim bu problemlərin aradan qaldırılması üçün dövlətimiz və xalqımızla birgə çalışmaqdır.

 

-Bir neçə gün öncə hansı dairədən kimlərin deputat olacağı ilə bağlı siyahı yayıldı. Sizin bu siyahıya münasibətiniz necədir? Sizcə bu cür addımlar seçicilərə, səsvermə prosesinə təsir edəcəkmi?

 

– Əslində hər bir təşkilatın, seçicinin öz namizədini qalib görmək istəməsi təbiidir və hər zaman bu kimi hallarla qarşılaşmağımız normaldı. Lakin seçki prosesinin necə nəticələnəcəyini, kimlərin qalib olacağını indidən müəyyən etmək mümkünsüzdü.

Çünki xalqın iradəsinin əleyhinə getmək, hansısa saxtakarlıq hallarına yol verərək süni qalibiyyət yuaratmaq bu dəfə artıq mümkün olmayacaq. Bu kimi xoşa gəlməz hallara yol vermiş şəxslər əminəm ki, səlahiyyətindən və kimliyindən asılı olmayaraq öz layiqli cəzasın alacaq.

Bu məsələlərdə artıq cənab prezident İlham Əliyev öz iradəsini ortaya qoyub. Ona görə də ölkə rəhbərinin sözünə də, işinə də xalq tərəfindən böyük inam var.

 

Bu dairənin aktiv namizədlərindən biri kimi qələbə qazanacağınız nə qədər real görünür?

 

– Belə bir atalar misalı var ki, “Xalqın sədası – Haqqın nidasıdır”. İmzatoplama kampaniyası başlanan zamandan qeyd etmişəm ki, yurdumun dəyərli sakinləri mənə etimad göstərsələr bu bölgənin yetirməsi olaraq problemlərin həllində yardım göstərməkdən şərəf duyacaq, hazırkı platforma ilə üzərimə götürdüyüm öhdəliklərin yerinə yetirilməsi ilə kifayətlənməyərək deputat postunun verdiyi imkanlardan istifadə etməklə mənim üçün doğma olan rayonların sakinlərini narahat edən digər məsələlərin həllinə maksimum dərəcədə səy göstərəcəyəm.

Əminəm ki, bu seçkilərdə də xalqımız fəal iştirak edəcək və seçicilər öz siyasi iradələrini ortaya qoyacaqlar. Hesab edirəm ki, parlament seçkiləri dövlətimizin demokratik dəyərlərə verdiyi önəmin daha bir nümunəsi olacaq. Seçicilərə isə demək istəyirəm ki, çalışın seçiminizdə yanılmayın, gələcəyinizi doğru insanlara həvalə edin.


Загрузка...


Oxunub: 72710 dəfə