MSK deputatlığa namizədlər Ülvi Həsənov və Mehman Hüseynova rəsmi xəbərdarlıq edib

  • Bölmə: Siyasət  
  • Tarix: 1 fev 2020 [02:33]

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib.


MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarovun səlahiyyətli nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynovu əvvəlcədən hazırlanmış adamlar vasitəsilə Kəmaləddin Qafarovun seçicilərlə görüşünə mane olmaq istəyiblər. Belə ki, həmin şəxslər əvvəlcədən hazırlanmış insanlar vasitəsilə Kəmaləddin Qafarova qarşı kampaniya aparıblar.


MSK-da müraciət araşdırılaraq, qeyd olunanların həqiqətə uyğun olması qənaətinə gəlinib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib.


Qeyd edək ki, Mehman Hüseynov həm də 31 saylı Suraxanı II Seçki dairəsindən deputatlığa namizəddir.


Загрузка...


Oxunub: 7850 dəfə