Rusiyada cəsusluq edən yapon jurnalist tutulub

  • Bölmə: Dünya  
  • Tarix: 28 yan 2020 [02:22]

Vladivostok şəhərində Rusiyanın hərbi hospitalı barədə gizli materiallar toplamağa cəhd edən yaponiyalı jurnalist saxlanılıb.


Bizimesr.az MK.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Bildirilib ki, saxlanılan şəxs jurnalist vizası ilə Rusiyaya gəlib.


Məlum insidentlə bağlı Yaponiyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb, səfirə Yaponiya vətəndaşının qeyri-qanuni fəaliyyəti ilə bağlı xəbərdar edildikdən sonra ona etiraz notası təqdim edilib.


Rusiyanı tərk etmək üçün həmin jurnalistə 72 saat vaxt verilib. XİN-dən verilən son məlumata əsasən, artıq  yaponiyalı jurnalist öz ölkəsinə yola salınıb.


"Gizli məlumat toplamağa çalışdığı üçün tutulan yaponun hərəkətləri Rusiya ilə Yaponiya arasındakı münasibətlərə təsir etməyəcək".Bu barədə Dövlət Dumasının Xarici İşlər Komitəsi sədrinin müavini Aleksey Çepa bildirib.


Bundan əvvəl də Rusiya Xarici İşlər Nazirliyi, Rusiyada akkreditə olunmuş yapon diplomatlara Rusiya hərbi potensialı ilə bağlı məxfi materiallar əldə etməyə çalışan Yaponiya vətəndaşları barədə xəbərdarlıq edib. 


Nazirlik bildirib ki, "25 dekabr 2019-cu ildə, Uzaq Şərqdə Rusiya hərbi potensialı ilə bağlı gizli materiallar əldə etmək istəyərkən, Vladivostokdakı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaponiyalı vətəndaşlar saxlanılıb"."Dəhşətli bir şey baş verdiyini söyləməyə ehtiyac yoxdur. Ölkələrimiz arasındakı əlaqələrin inkişafına təsir edə biləcək bir şeyin baş verdiyini düşünmürəm" -deyə Çepa bildirib.ilib. XİN-dən verilən son məlumata əsasən, artıq  yaponiyalı jurnalist öz ölkəsinə yola salınıb.


Загрузка...


Oxunub: 12030 dəfə