Əfqanıstanda içərisində 83 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

  • Bölmə: Hadisə  
  • Tarix: 28 yan 2020 [00:13]

Herat-Kabul reysi ilə hərəkət edən “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.


Bizimesr.az apa-ya istinadə xəbər verir ki, bu barədə 1TV telekanalı məlumat yayıb.


Bildirilib ki, hadisə Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib. 


Böyük Britaniyanın “Mirror” nəşrinin məlumatına görə, təyyarənin içərisində 83 sərnişin olub.


Qəzanın baş verdiyi əraziyə “Taliban” qüvvələri nəzarət edir.


Загрузка...


Oxunub: 25160 dəfə